İDARƏETMƏ STRUKTURU

“AKELİK QRUP”un

TƏŞKİLATİ-İDARƏETMƏ STRUKTURU

(2019.02.04)

ASC-nİn Sədrİnİn KURASİYASI

  • ASC-nin Sədrinin hüquq və vəzifələri “AKELİK Group” ASC-nin Nizamnaməsi, “Direktorlar Şurası (Müşahidə Şurası) haqqında” Əsasnamə ilə müəyyən olunur.
  • ASC-nin Sədri idarəetmə (nəzarət) orqanı olub, “AKELİK Group” ASC-nin səhmdarlarının Ümumi Yığıncaqlarının iclasları arasındakı dövrlərdə Ümumi Yığıncaqların səlahiyyətlərini icra və nəzarət edir.

Arxİv şöbəsİ

Daxİlİ Audİt Xİdmətİ

SƏTƏM və daxİlİ təhlükəsİzlİk şöbəsİ

Bİznesİn İnkİşafı şöbəsİ

Arxiv Şöbəsi:

– sənəd dövriyyəsini, arxivləşməni təşkil və təmin edir

Daxili Audit Xidməti:

– ASC-nin Sədri tərəfindən əvvəlcədən təsdiq edilmiş qrafik üzrə yoxlamaları aparır

– ASC-nin Sədrinin tapşırığına uyğun olaraq qrafikdənkənar yoxlamalar aparır

SƏTƏM və Daxili Təhlükəsizlik Şöbəsi

– əməyin təhlükəsizliyinə və ətraf mühitin qorunmasına dair normalara riayət olunmasına nəzarət edir

– layıhələrin icrasının ekoloji monitorinqini həyata keçirir və hesabat verir

– ekoloji fəlakətə səbəb ola biləcək halların qarşısının alınmasına dair önləyici tədbirlər görür

– Baş ofis və struktur bölmələrin fiziki təhlükəsizilik qaydalarını hazırlayır və icrasına nəzarət edir

– Qrupun İT təhlükəsizliyini təşkil və təmin edir

– əsas risk sahələrini və risk xəritəsini müəyyən edir, risklərin adekvat idarə olunmasında nəzarət edir, böhran hallarına qarşı qəza-bərpa planı hazırlayır və məsul şəxləri təyin edilməsinə dair təkliflər verir.

Biznesin İnkişafı Şöbəsi

– Qrupun təmsil olunduğu bazarlarda rəqabət mühitini araşdırır, Qrupun təklif etdiyi iş və xidmətlərin çeşidinin artırılmasına, yeni bazarların əldə edilməsinə dair təkliflər hazırlayır və təqdim edir

– Qrupun reklam siyasətini müəyyənləşdirir, bazardakı mövqeyinin qorunub saxlanılmasına və daha da inkişaf etdirilməsinə dair müvafiq tədbirlər görür

– Qrup üzrə və regional bölmələr üzrə ayrı-ayrılıqda SWOT təhlil aparır, hesabatları təqdim edir

– Sifarişçilərin elan etdikləri tender şərtlərinə müvafiq Qrupun icra strukturları (Texniki Departament)

tərəfindən hazırlanmış Tender Təkliflərinə baxır və təsdiq olunmaq üçün öz rəyi ilə birlikdə ASC-nin

Sədrinə təqdim edir

– ASC-nin Sədri tərəfindən müəyyən edilmiş həddən yuxarı məbləğə satınalma əqdlərinin həyata keçiril-

məsinə dair rəyini ASC Sədrinə təqdim edir və ASC Sədrinin tapşırığı ilə belə əqdləri icra edir

İDArə Heyətİ Sədrİnİn kurasİyası

regİonal fəalİyyətİn koordİnasİyası QRUPU

İnsan Resurslarını İdarəetmə və Hüquq Şöbəsİ

Regional fəaliyyətin koordinasiyası Qrupu:

– Qrupun təmsil olunduğu bölgələrdəki struktur bölmələrlə Baş Ofisin icra strukturlarının əlaqələrinin

koordinasiyasını təşkil edir

– Regional bölmələrin hesabatlarının aidiyyəti üzrə təqdim olunmasına nəzarət edir

İnsan resurslarını idarəetmə və hüquq Şöbəsi:

– işə qəbulu təşkil edir, əmək müqavilələri bağlayır, tabeli aparır, iş və qeyri-iş saatlarını müəyyən edir

– ezamiyyət, məzuniyyət, əvəzgün, sosial müavinət və s. məsələləri rəsmiləşdirir

– DSMF və statistika hesabatlarını hazırlayır

– iş yükünün adekvatlığını ölçür, İR ehtiyatı yaradır, İR ilə bağlı riskləri idarə edir

Malİyyə departamentİ (chief Financial OFFICER)

mühasİbat Şöbəsİ

Malİyyə hesabatı və nəzarətİ Şöbəsİ

Mühasibat Şöbəsi:

– hər bir region üçün ayrılıqda və Qrup üzrə konsolidə olunmuş PL və Cash Flow hesabatları hazırlayır

– yerli və beynəlxalq maliyyə hesabatlığına uyğun illik hesabatlar hazırlayır və təqdim edir

– büdcə təyinatlı ödənişləri, ə/h və s. ona bərabər tutulan müavinətlərin ödənişini həyata keçirir

– real pul axınına (Cash Flow Statement) görə Qrupun maliyyə resurslarına tələbatını müəyyən edir, bu resursların cəlb edilməsinə dair (bank krediti, istiqraz, səhmdar kapitalı və s.) təkliflər verir

– İqtisadiyyat və Vergi nazirlikləri ilə əlaqələri koordinasiya edir, Qrupu tədbirlərdə təmsil edir

Maliyyə hesabatı və nəzarəti Şöbəsi:

– hər bir layihəyə çəkilən xərclərə münasibətdə onun reallaşdırılmasından əldə olunan gəlirlərin

effektivliyini hesablayır, hər bir layihə və məhsulun mənfəətliyini ölçür, təkliflər verir

– faktiki gəlir və xərcləri büdcə proqnozları ilə müqayisə edir, kənaraçıxmalara dair hesabat verir

– sabit və dəyişən xərclərin optimallaşdırılmasına dair təkliflər verir


tƏCHİZAT Departamentİ (chief PROCUREMENT OFFICER)

SatınalmaLARA NƏZARƏT şöbəsİ

loGİstİka və anbar ŞöBəsİ

Satınalmalara nəzarət Şöbəsi:

– mal-material, komplektləşdirici məmulatlar və avadanlıqların mərkəzləşdirilmiş alışını həyata keçirir

– hər bir layihə üzrə təsdiq olunmuş büdcə çərçivəsində mal-material, komplektləşdirici məmulatlar və

avadanlıqların alışını onlar üçün təsdiq olunmuş limitlərə uyğun həyata keçirilməsinə nəzarət edir

Logistika Şöbəsi:

– Qrup üçün satın alınmış malların daşınmasını, gömrük rəsmiləşdirilməsini təmin edir, anbara təhvil

verilməsinə və anbar hərəkətinə nəzarət edir

– mərkəzləşdirilmiş qaydada alınmış malları Qrup üçün qəbul edir, uçotunu aparır, saxlanmasına və

təyinat üzrə istifadəsinə nəzarət edir

TİKİNTİnİn TƏŞKİLİ departamentİ

TİKİNTİNİN TƏŞKİLİ ŞÖBƏSİ

İCRAYA NƏZARƏT ŞÖBƏSİ

Tikintinin təşkili Şöbəsi:

– Qrupun Baş Ofisinin və regional bölmələrinin icraçı kimi seçildiyi tikinti layihələrini müqavilələrdə

göstərilmiş şərtlərə riayət etməklə həyata keçirir/həyata keçirilməsini əlaqələndirir və hesabat verir

– icra olunacaq layihələr üzrə zəruri mal-material alınması üçün Təchizat Dep-nə sifarişlər verir, alınmış

mal-material, maşın-mexanizm və avadanlıqların təyinatı üzrə istifadə edir

İcraya nəzarət Şöbəsi:

– Qrupun qalib gəldiyi tenderlərin icra sənədlərinin (müqavilə, mühasibat sənədləri və s.) hazırlanma-

sında iştirak edir

– Tikinti Şöbəsinin həyata keçirdiyi və əlaqələndirdiyi tikinti layihələrinin tender şərtləri və müqavilələr

ilə müəyyən edilmiş qrafikə uyğun həyata keçirilməsinə nəzarət edir və hesabatlar verir

Texnİkİ departament

LAYİHƏ-SMETA BÜROSU

texnİkİ nəzarət ŞÖBƏSİ

Layihə-smeta Bürosu:

– Qrupun iştirak edəcəyi tenderlərə Qrup adından (Baş Ofis və regional bölmələr) təkliflər zərfinin

layihəsini hazırlayır, razılaşdırmaq və təsdiq olunmaq üçün ASC Sədri yanında Strateji İnkişaf və Tender Şöbəsinə təqdim edir

– Tenderlərdə iştirak üçün bazar araşdırması aparır, potensial rəqiblər barədə məlumat toplayır və hesabat verir

Texniki Nəzarət Şöbəsi:

– Tikinti Şöbəsinin həyata keçirdiyi tikinti işlərinin keyfiyyətinə nəzarət edir və hesabatlar verir

– Sifarişçilərdən daxil olmuş reklamasiya aktlarını yerində araşdırır və müvafiq tədbirlər görür

NƏQLİYYAT Departamentİ

Nəqlİyyat Şöbəsİ

Təmİr-Təsərrüfat Şöbəsİ

Nəqliyyat Şöbəsi

– Tikinti işlərinin icrası üçün lazım olan maşın, mexanizm və nəqliyyat vasitələrinin alınmasına, icarəyə

götürülməsinə və s. dair araşdırma aparır və təkliflər verir

– Qrupun və regional bölmələrin balansında / sərəncamında olan maşın, mexanizm və nəqliyyat vasitə-

lərinin icra olunan tikinti sahələrində təyinat üzrə və effektiv istifadə olunmasını təşkil və təmin edir

Təmir-təsərrüfat Şöbəsi:

– Qrupun balansında olan avadanlıqların, maşın və mexanizmlərin, nəqliyyat vasitələrinin təyinatı üzrə istifadəsinə və saz saxlanmasına nəzarət edir, zəruri hallarda tələb olunan təmir və istismar tələblərinə uyğun servis işlərini həyata keçirir